Haqqımızda
100% Premium və Specialty Arabica.
Baristica Coffee Roastery 2021-ci ildə Azərbaycanda yaradılmış qəhvə brendidir. Şirkətimiz 100% Premium və Specialty Arabica qəhvəsinin qovrulması üzrə ixtisaslaşıb.
Biznes fəlsəfəmiz tərəfdaşlarımıza sabit və zəngin dad, müstəsna xidmət və peşəkar dəstək təqdim etməkdir. Eyni zamanda, innovativ və yaradıcı yanaşmalarla qəhvə sənayesinin inkişafına töhfə verməyi hədəfləyirik.
Bizimlə əlaqə saxla
Nə edirik
Müasir specialty coffee mədəniyyətini formalaşdırırıq
Peşəkar qəhvə qovrulması və barista təlimlərindən coffee konsultasiya, avadanlıq həlləri və müasir coffee konseptlərinin inkişafına qədər.
Qəhvə istehsalı
Yaşıl dənələrin diqqətli seçimi və Loring Smart Roast üzərində qovurma — keyfiyyəti və dadı ən yüksək səviyyədə qoruyuruq.
Roastery haqqındaBarista Skills Akademiyası
Beynəlxalq SCA proqramı çərçivəsində praktik təlimlər və seminarlar — peşəkarlar və həvəskarlar üçün.
Kursa yazılKafe konsaltinqi
Konsept hazırlamadan açılışa qədər — Azərbaycandakı uğurlu layihələrlə qurduğumuz təcrübə sizin üçün.
Komandamızla əlaqəTədbirlər üçün qəhvə stendləri
Tədbirlər, forumlar, korporativ görüşlər və xüsusi tədbirlər üçün peşəkar qəhvə stendləri — premium coffee service, müasir avadanlıqlar və tədbirinizin konseptinə uyğun fərdi həllər.
Bizimlə əlaqəKorporativ hədiyyə qutuları
Tərəfdaşlar, komandalar və xüsusi hadisələr üçün fərdiləşdirilmiş hədiyyə dəstləri — brendləşdirmə və seçilmiş aksesuarlar.
Qutu sifariş etBrendlərimiz
Baristica tərəfindən seçilib.
Espresso-dan grinder-ə, aksesuardan cold brew-a qədər — biz dünyanın ən yaxşı qəhvə avadanlığı istehsalçıları ilə işləyirik.









